Məşhur argentinalı karyerasını bitirir

Məşhur argentinalı karyerasını bitirir
Argentinalı dayaq yarımmüdafiəçisi Fernando Qaqo karyerasını bitirir.
Fanat.Az xəbər verir ki, 34 yaşlı futbolçunun butslarını mıxdan asacağı barədə jurnalist Canluki Di Martsio şəxsi saytında məlumat verib. Artıq Qaqonun son klubunun - "Veles"ın baş məşqçisi də təsdiqləyib.
Qeyd edək ki, sözügedən oyunçu karyerası ərzində "Boka Xuniors", "Real", "Roma" və "Valensiya"da da top qovub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər