"Mənim üçün bu məsələ qapanıb"

"Mənim üçün bu məsələ qapanıb"

"Liverpul"un baş məşqçisi Yürgen Klopp komandanın hücumçusu Məhəmməd Salahın "Əl-İttihad"a keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, alman mütəxəssisin dediklərini  tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabları üzərindən belə çatdırıb:

"Salahın "Əl-İttihad"a keçməsi hələ gündəmdədirmi? Mənim üçün bu məsələ qapanıb!"

Daha öncə Səudiyyə Ərəbistanı təmsilçisinin misirli forvarda illik 76 milyon avro əməkhaqqı fonunda 3 illik müqavilə təklif etdiyi barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, Salah 2017-ci ildən "qırmızılar"ın sıralarındadır. Onun "Liverpul"la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər