"Mən insanlara güllə ata bilmərəm" - Artyom Milevski

"Mən insanlara güllə ata bilmərəm" - Artyom Milevski

"Dinamo Kiyev"in və Ukrayna millisinin keçmiş oyunçusu Artyom Milevski niyə ölkəsinin müdafiəsinə qoşulmamasının səbəbini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Denisov Time" proqramında qonaq olan Milevski dostu Aleksandr Əliyevin silaha sarılmaq çağırışına qoşulmamasından danışarkən maraqlı etiraf edib:

"Silaha sarılaraq rus işğalçılarına atəş açmağa hazır deyiləm. Hansısa formada kömək edirəm, ərzaqları boşaldıram. Kimin əlindən nə gəlirsə, o cür kömək edir. Hər kəsin öz seçimi var. Aleksandr Əliyev müdafiəyə çağırdı, amma mən insanlara atəş aça bilmirəm. İstənilən insana. Heç kimə güllə atmayacağam. Saşanın öz seçimi var. Mən başqa cür kömək edirəm”.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər