Məmmədyarovdan startda iki qələbə, iki məğlubiyyət

Məmmədyarovdan startda iki qələbə, iki məğlubiyyət

Daşkənddə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə Rüstəm Kasımcanovun kuboku start götürüb.

Fanat.Az xəbər verir ki, sürətli formatda keçirilən turnirin ilk günündə iştirakçılar beş oyun keçirib. Şəhriyar ilk mərhələdə olimpiya çempionu Cahongir Vahidova qalib gəlib, daha sonra Özbəkistan yığmasının heyətində digər olimpiya çempionu Cavoxir Sindarova uduzub.

Üçüncü turda Aleksandr Qrişukla (Rusiya) heç-heçə edən Şəhriyar daha sonra ev sahibi ölkənin digər təmsilçisi Nodirbek Yakubboyevə qalib gəlib. Məmmədyarov günün son turunda Özbəkistan millisinin lideri Nodirbek Abdusattorova uduzub.

Beləliklə, beş turdan sonra 2,5 xal toplayan Şəhriyar lider Cavohir Sindarovdan bir xal yarım geri qalaraq altıncı yerdə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər