Bu gün Krakovda (Polşa) III Avropa Oyunları ərəfəsində blits üzrə cütlüklərin Avropa çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə yer alıb.
Dairəvi sistem üzrə keçirilən turnir çərçivəsində onlar Niderland, İsrail, Polşa, Rumıniya, Ukrayna, İspaniya və Ermənistandan olan rəqiblərlə görüşlər keçirəcəklər. Ən yaxşı dörd komanda yarımfinalda mübarizəni davam etdirəcək.
1-ci tur Azərbaycan - Niderland Şəhriyar Məmmədyarov - Benjamin Bock Günay Məmmədzadə - Elin Roebers
2-ci tur Azərbaycan - İsrail Məmmədyarov - Maksim Rodşteyn Məmmədzadə - Marsel Efroimski
3-cü tur Azərbaycan - Polşa Məmmədyarov - Yan-Kşiştof Duda Məmmədzadə - Oliviya Kiolbasa
4-cü tur Azərbaycan - Rumıniya Məmmədyarov - Kirill Şevçenko Məmmədzadə - İrina Bulmaqa
5-ci tur Azərbaycan - Ukrayna Məmmədyarov - Andrey Volokitin Məmmədzadə - Yevgeniya Doluxanova
6-cı tur Azərbaycan - İspaniya Məmmədyarov - Xayme Santos Məmmədzadə - Anna Matnadze
7-ci tur Azərbaycan - Ermənistan Məmmədyarov - Şant Sarkisyan Məmmədzadə - Elina Danielyan