Məmmədyarov So ilə üz-üzə

Məmmədyarov So ilə üz-üzə

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində bu gün növbəti oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, 38 yaşlı qrossmeyster VI turda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.

Məmmədyarov 7 xalla hindistanlı Dommaracu Qukeş ilə birlikdə 4-5-ci, 6 xala malik So niderlandlı Aniş Giriylə 7-8-ci yerləri bölüşdürür. Lider 10,5 xala malik Fabiano Karuanadır (ABŞ).

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər Armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər