Xorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə "Grand Chess Tour" seriyasının üçüncü mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, turnirin ikinci günündə rapid üzrə daha üç tur oynanılacaq. 37 yaşlı qrossmeysterimiz ilk matçını qara fiqurlarla bolqarıstanlı Veselin Topalova qarşı keçirəcək.
Məmmədyarov daha sonra "ağlar"la norveçli hazırkı dünya çempionu Maqnus Karlsen, altıncı turda isə "qaralar"la Alireza Firuzca (Fransa) ilə üz-üzə gələcək.
Üç turdan sonra şahmatçımız 3 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Lider 5 xala malik Firuzcadır.
Yarış iyulun 24-dək davam edəcək. İlk üç gündə şahmatçılar rapid, daha sonra isə blits üzrə mübarizə aparacaqlar. Qalib iki mərhələnin yekuna əsasən müəyyənləşəcək.
"Grand Chess Tour"
IV tur
Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov
V tur
Şəhriyar Məmmədyarov - Maqnus Karlsen (Norveç)
VI tur
Alireza Firuzca (Fransa) - Şəhriyar Məmmədyarov
Xal durumu: Alireza Firuzca - 5, Maqnus Karlsen, Uesli So, Maksim Vaşye-Laqrav, Yorden Van Foreest - 4, Şəhriyar Məmmədyarov - 3, Yan Nepomnyaşi, Leynyer Dominqes, İvan Sariç - 2, Veselin Topalov - 0.