Məmmədyarov irəlilədi, Rəcəbov gerilədi

Məmmədyarov irəlilədi, Rəcəbov gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Fanat.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov 2 759 xalla 2 pillə irəliləyərək 12-ci sırada qərarlaşıb. 2 738 xalı olan Teymur Rəcəbov 13-cü yerdən 18-ci pilləyə düşüb.

Mövqeyini üç sıra pisləşdirən Qədir Hüseynov (2 668) 81-ci, Rauf Məmmədov (2 656) isə 4 pillə itirərək 92-cidir.

İlk "üçlük"də dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2 864 xalla siyahıya başçılıq edir. 2 806 xalı olan çinli Dinq Liren ikinci, Fransa təmsilçisi Alireza Firuzcanı (2 793) 3-cü sırada yer alıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 455 ) 26-cı,  Gövhər Beydullayeva (2 390) 59-cu, Gülnar Məmmədova (2 380) 66-cı, Ülviyyə Fətəliyeva (2 372) 84-cü yerdə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər