Məmmədyarov ABŞ-da 6-cı oldu

Məmmədyarov ABŞ-da 6-cı oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Grand Chess Tour"un rapid və blits üzrə 4-cü mərhələsi başa çatıb.

Fanat.Az xəbər verir ki, yarışın sonuncu - beşinci günündə daha 9 blits turu oynanılıb. 37 yaşlı qrossmeysterimiz Leynyer Dominqes, Levon Aronyan və Samuel Şenklendlə (hər üçü ABŞ) matçlarını qələbə ilə başa vurub. Maksim Vaşye-Laqrav (Fransa), Yan Nepomnyaşi (FIDE) və Hikaru Nakamura (ABŞ) ilə heç-heçəyə razılaşan Məmmədyarov Cefri Şonq (ABŞ), Alireza Firuzca (Fransa) və Fabiano Karuanaya (ABŞ) uduzub.

Beləliklə, 17,5 xal toplayan təcrübəli şahmatçı turniri 6-cı pillədə başa vurub. Qalib 26 xalla Alireza Firuzca olub.

Qeyd edək ki, yarışın mükafat fondu 175 000 ABŞ dolları təşkil edib. Qalib 40 min, Məmmədyarov 11 min dollara sahib çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər