Meksika Qran-prisinin qalibi müəyyənləşdi

Meksika Qran-prisinin qalibi müəyyənləşdi

“Formula-1” üzrə dünya çempionatının on doqquzuncu yarışında - Meksika Qran-prisində “Ferrari”ni təmsil edən monakolu Şarl Lekler qələbə qazanıb.

Fanat.Az xəbər verir ki, on doqquzuncu yarışda pilotlar Rodriqez qardaşları adına avtodromda uzunluğu 4 421 metr olan trekdə mübarizə aparıblar.

Leklerin komanda yoldaşı Karlos Sayns yarışı ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü "Red Bull" komandasının pilotu Maks Ferstappen tamamlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər