"Mehmanın etdikləri insanlığa sığmayan vəhşilikdir" - Federasiya prezidentindən kəskin sözlər

"Mehmanın etdikləri insanlığa sığmayan vəhşilikdir" - Federasiya prezidentindən kəskin sözlər

"Mehmanın etdikləri insanlığa sığmır. Bu, vəhşilikdir, iyrənclikdir".

Bunu Fanat.Az-a açıqlamasında Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov deyib.

Qurum rəhbəri keçdiyi məşq zamanı 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan sambo üzrə yığma komandanın üzvü, Avropa Oyunlarının və Avropa çempionatlarının mükafatçısı Mehman Xəlilovun sosial şəbəkələrdə yayılmış görüntülərini kəskin şəkildə qınayıb:

"Mehmanın etdikləri insanlığa sığmayan vəhşilikdir" - Federasiya prezidentindən kəskin sözlər

"İnanın, iki gündür özümə gələ bilmirəm. O görüntüləri izləyəndən başımın ağrısı keçmir. Mehmanın etdikləri insanlığa sığmır. Bu, vəhşilikdir, iyrənclikdir. Nə mən, nə də yığma komandada kimsə ondan belə hərəkət gözləməzdik. İşin nəticəsi ilə bağlı son sözü hüquq-mühafizə orqanları deyəcək. Amma istənilən halda elə bir insana bundan sonra milli komandada yer ola bilməz".

Qeyd edək ki, aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər