PSJ-nin futbolçusu Kilian Mbappe karyerası ilə bağlı önəmli qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, məlumatı "RMC Sport" yayıb.
Xəbərə görə, fransalı hücumçu PSJ ilə müqaviləsini uzatmamaq qərarına gəlib. Mənbə bildirir ki, təcrübəli forvard baş məşqçi Luis Enrikeniin futbolçulara münasibətindən və ünsiyyət tərzindən razı deyil.
Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Onun Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilə qədərdir.
Nahid Məmmədov