Mbappenin qardaşı ölümdən döndü

Mbappenin qardaşı ölümdən döndü

PSJ-nin ulduzu futbolçusu Kilian Mbappenin ailəsi xoşagəlməz hadisə ilə üzləşib.

Fanat.Az xəbər verir ki, forvardın PSJ-nin akademiyasında çıxış edən kiçik qardaşı Etan avtomobil qəzası keçirib.

“Lequipe”nin yaydığı məlumata görə, 15 yaşlı yeniyetmənin olduğu avtomobil sərxoş sürücü tərəfindən idarə olunan başqa maşınla toqquşub. 

Etan və olduğu avtomobilin sürücüsü xəstəxanaya aparılıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər