Mbappenin maaşı 1400 dəfə artdı

Mbappenin maaşı 1400 dəfə artdı
PSJ-nin gənc ulduzu Kilian Mbappenin maaşı fantastik səviyyədə artıb.
Fanat.Az xəbər verir ki, bu barədə 20 yaşlı hücumçu üçün hazırlanmış "Phenomene" adlı bioqrafiyada məlumat yer alıb. Bildirilib ki, Mbappe "Monako"dan PSJ-yə keçdikdən sonra maaşı 1400 dəfə artıb.
Belə ki, gənc futbolçu "Monako"da illik 1,5 milyon avro qazanırdı. Paris klubuna gəldikdən sonra isə onun illik maaşı 20,7 miylon avro olub. "Le Journal du Dimanche" jurnalının məlumatına görə, gələn mövsüm onun maaşı daha 1,6 milyon avro aratacaq.
Qeyd edək ki, PSJ 2017-ci ildə icarəyə götürdüyü Mbappenin transfer huqununu bir il sonra 135 milyon avro transfer haqqı və 45 milyon avro bonus qarşılığında alıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər