"Mbappeni mən dayandıracağam" - Polşa millisinin qapıçısı 

"Mbappeni mən dayandıracağam" - Polşa millisinin qapıçısı 

Polşa millisinin qapıçısı Voytsex Şensnı Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaqları Fransa ilə oyun haqda danışıb.

Fanat.Az xəbər verir ki, 32 yaşlı qolkiper rəqibin ulduz hücumçusu Kilian Mbappeyə meydan oxuyub. 

"RMC Sport" Şensnının açıqlamasını belə çatdırıb: “Ümumilikdə favoritdirlər. Fransa dünyanın ən yaxşı komandalarından biridir. Ancaq biz bu mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. Mbappeni dayandırmağın açarı? Mən özüm!” 

Qeyd edək ki, qrup mərhələsində Meksika ilə bərabərə (0:0) qalan Polşa millisi Səudiyyə Ərəbistanını 2:0 udub, Argentinaya eyni hesabla uduzub. Beləliklə, komanda 4 xalla pley-offa yüksəlib. Polşalılar dünya çempionatının pley-off mərhələsində Fransa yığması ilə qarşılaşacaqlar. Oyun dekabrın 4-də baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər