Mbappe sıradan çıxdı

Mbappe sıradan çıxdı

Fransa millisinin hücumçusu Kilian Mbappe sıradan çıxıb. 

Fanat.Az xəbər verir ki, məlumatı yığmanın mətbuat xidməti yayıb. 

O, DÇ-2022-nin seçmə mərhələsinin IV turunda Bosniya və Herseqovina (1:1) ilə oyunda zədələnib. 

22 yaşlı futbolçu bu gün tibbi yoxlanışdan keçəcək. Həkimlərin rəyindən sonra onun qarşıdakı Ukrayna və Finlandiya ilə görüşlərdə iştirak edib-etməyəcəcyi bəlli olacaq. 

Qeyd edək ki, bu yay "Real Madrid" PSJ-nin üzvü olan Kilianı heyətinə qatmaq üçün 2 dəfə klubuna müraciət edib və müsbət cavab ala bilməyib. Bu gün yayılan xəbərə görə, məsələyə PSJ-nin sahibinin atası, Qətər Əmiri Hamad Əl-Tani qarışıb və Mbappenin komandada qalmağını istədiyini bildirib. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər