Mbappe Ronaldinyoya kimi xatırladır?

Mbappe Ronaldinyoya kimi xatırladır?

Futbolçu karyerası dönəmində PSJ-nin də formasını geyinmiş Ronaldinyo (2001-2003) Paris təmsilçisinin hücumçusu Kilian Mbappenin ona kimi xatırlatdığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Marca" əfsanəvi braziliyalının söylədiklərini belə çatdırıb:

"Mbappe möhtəşəm futbolçudur, çox xoşuma gəlir. Onu izləməkdən zövq alıram. Kilian sürətli, yaxşı driblinq bacarığına malik, fiziki cəhətdən güclü futbolçudur. Həm gənc, həm də mükəmməldir. Müəyyən qədər Nikolya Anelkanı xatırladır.

"Real Madrid"ə keçəcəkmi? Buna özü qərar verəcək. O, qala da bilər. Amma karyerasını hansı klubda davam etdirməsi öz işidir. Bəlli məsəlir ki, Mbappe istənilən komandanı gücləndirəcək oyunçudur. Ümid edirəm ki, ən doğru olanı edəcək".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər