PSJ-ni "Real Madrid"ə dəyişmək üzrə olan Kilian Mbappe barədə yeni məlumatlar yayılıb.
Fanat.Az "Bernabeu Digital"a istinadən xəbər verir ki, ulduz hücumçu Madriddəki dostları ilə əlaqə saxlayaraq İspaniyanın paytaxtındakı ən prestijli rayonlarla bağlı informasiya toplayıb.
Xəbərə görə, Kilian artıq Parisdəki evində də təmirə başlayıb. Mənbə Fransa millisinin forvardının Madridə köçəndən sonra öz evini PSJ-dəki komanda yoldaşlarından birinə kirayə verməyi planlaşdırdığını vurğulayıb.
Xatırladaq ki, bir neçə gün öncə "Real"ın prezidenti Florentino Peresin "Kral klubu"nun məşqçilər heyətinə Mbappenin transferini bitirdikləri ilə bağlı məlumat verdiyi açıqlanmışdı.