Mbappe koronavirusa yoluxub? - Analizin nəticələri məlum oldu

Mbappe koronavirusa yoluxub? - Analizin nəticələri məlum oldu
PSJ-nin hücumçusu Kilian Mbappe boğaz infeksiyası səbəbindən komandanın son iki məşq sessiyasında iştirak etməyib.
Fanat.Az xəbər verir ki, Mbappe koronavirus şübhəsi ilə analiz verib. "L’Equipe" nəşrinin məlumatına görə, analizin nəticəsi neqativ olub.
PSJ-nin baş məşqçisi Tomas Tuhel fransız futbolçunun angina olduğunu bildirib. Paris klubu Mbappenin bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində Dortmund "Borussiya"sı ilə oynanılacaq matça yetişəcəyinə ümid edir.
Cari ÇL mövsümündə Mbappe 5 dəfə rəqib qapılarına yol tapmaqla yanaşı, 4 məhsuldar ötürmənin müəllifi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər