Mbappe irqçiliklə mübarizədən danışdı: "Müdaxilə etməliyik"

Mbappe irqçiliklə mübarizədən danışdı: "Müdaxilə etməliyik"

Fransa millisinin hücumçusu Kilian Mbappe futboldakı irqçilik problemindən danışıb.

Fanat.Az xəbər verir ki, "CNN" 23 yaşlı ulduz futbolçunun dediklərini belə çatdırır:

“Sosial şəbəkələrdən başlamaq lazımdır. Amma hər şeydən əvvəl, biz futbolçular müdaxilə etməliyik. Bu məsələdə aktiv olmalı və insanlara kömək etməlisən”.

O, AVRO-2020-də İsveçrə ilə matçda (penaltilərdə 3:3, 4:5) penaltini qaçırdıqdan sonra üzləşdiyi irqçi təhqirlərdən də söz açıb:

“Mən ölkəm üçün hər şeyi etdim. Mən Fransada insanları xoşbəxt etmək üçün hər şeyi etdim ki, hamı fəxr etsin. Buna görə də, bu mesajları almaq ağrılı və ağır idi"

Xatırladaq ki, Mbappe Fransa millisinin heyətində keçirdiyi 53 oyunda 23 qol vurub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər