"Mbappe ilə gülməyi, zarafat etməyi sevirik"

"Mbappe ilə gülməyi, zarafat etməyi sevirik"

Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike ulduz hücumçu Kilian Mbappe ilə münasibəti barədə fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, "RMC Sport" ispan mütəxəssisin dediklərini belə çatdırıb:

“Bizim yaxşı münasibətimiz var. Başa düşə bilmirəm ki, jurnalistlər niyə bununla maraqlanır? Kilianla mən yaxınıq, zarafat etməyi və gülməyi sevirik. Digər komanda oyunçuları ilə də yaxşı münasibətim var”.

Cari Fransa çempionatında Mbappe 16 görüşdə iştirak edib. 24 yaşlı hücumçu 18 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər