Mbappe DÇ-2022-nin püşkatmasından imtina etdi - SƏBƏB

Mbappe DÇ-2022-nin püşkatmasından imtina etdi - SƏBƏB

Kilian Mbappe DÇ-2022-nin püşkatma mərasimində iştirak etməkdən imtina edib.

Fanat.Az xəbər verir ki, bu barədə  "L'Équipe" nəşri məlumat yayıb. 

Xəbərə görə, Qətər rəsmiləri PSJ-nin ulduz futbolçusunu aprelin 1-də Dohada keçiriləcək mərasimə fəxri qonaq olaraq dəvət ediblər. Lakin Kilian Fransa millisinin kapitanı olmamasını səbəb gətirərək mərasimə getməkdən imtina edib.

Xatırladaq ki, hazırda Fransa yığmasının kapitanı qapıçı Uqo Llorisdir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər