Mbappe 3-cü dəfə "ən yaxşı" seçilə bilər

Mbappe 3-cü dəfə "ən yaxşı" seçilə bilər

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa çempionatında 2021/22 mövsümünün ən yaxşı oyunçusu mükafatını ala bilər.

Fanat.Az "Le Parisien"ə istinadən xəbər verir ki, 23 yaşlı yaşlı futbolçu üçüncü dəfə bu titula layiq görülür.

Mövsümün ən yaxşılarının mükafatlandırılması mərasimi mayın 15-də axşam saatlarında keçiriləcək.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm Liqa 1-də vurduğu qollarının sayını 24-ə çatdıraraq turnirin ən məhsuldar futbolçusuna çevrilib. Fransalı bombardir bununla yanaşı 15 ötürmə ilə assist edənlər sırasında da birincidir.

Xatırladaq ki, Mbappe 2018/19 və 2019/20 -ci illər mövsümündə də Fransa çempionatının ən yaxşı futbolçusu seçilib. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər