Mayk Taysonun halı pisləşdi, tibbi yardım göstərdilər

Mayk Taysonun halı pisləşdi, tibbi yardım göstərdilər

Əfsanəvi amerikalı boksçu Mayk Tayson təyyarədə olarkən halı qəflətən pisləşib.

Fanat.Az "The New York"a istinadən xəbər verir ki, hadisə "Dəmir Mayk" Los Ancelesdən Mayamiyə uçarkən qeydə alınıb.

 57 yaşlı dünya çempionuna tibbi yardım göstərilib və səhhətində yaranan problem aradan qaldırılıb.

Qeyd edək ki, Taysonun iyunun 20-də məşhur blogger Ceyk Pola qarşı döyüşü olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər