Mavi vərəqə idüyası qəbul olunmayacaq

Mavi vərəqə idüyası qəbul olunmayacaq

Mavi kartların tətbiqi təşəbbüsü futbol qanunvericiləri tərəfindən rədd ediləcək. Fanat.Az xəbər verir ki, bu iddia “Daily Mail” tərəfindən səsləndirilib.  Xəbərə görə, buna səbəb kimi ideyaya UEFA, FİFA və ictimaiyyətin narazılığı əsas göstərilib. Xatırladaq ki, perspektivli hücumu dayandıran taktiki qayda pozuntusuna görə oyunçuya, eləcə də hakimlə mübahisə etməyi sevən futbolçulara göstəriləcək mavi vərəqənin tətbiqi ilə bağlı təklif gündəmə gətirilib. Belə ki, bu kartı görən oyunçu meydanı 10 dəqiqə tərk etməlidir.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər