"Arsenal"ın və Norveç millisinin yarımmüdafiəçisi Martin Edeqor karyerasını İspaniya nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.
Xəbərə görə, 25 yaşlı skandinaviyalının xidmətində "Real Madrid" maraqlıdır. Mənbə "Kral klubu"nun bu ilin yayında sabiq oyunçusunu geri qaytarmaq üçün bütün gücünü səfərbər edəcəyini vurğulayıb. Edeqoru PSJ-nin də rənglərinə bağlamaq istədiyi diqqətə çatdırılıb.
Cari mövsüm "Arsenal"ın forması ilə bütün turnirlərdə 30 matça çıxan orta xətt oyunçusu 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "topçular"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Martin 2015-2021-ci illər aralığında müqavilə ilə "Real"a məxsus olub.