Bu yay "Real Madrid"dən ayrılan Marselo kareyrasını Fransada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, 34 yaşlı braziliyalının xidmətində "Nitsa" maraqlıdır və tərəflər artıq danışıqlara başlayıb. Təcrübəli futbolçunun sözügedən kluba qoşulmaq ehtimalının yüksək olduğu bildirilib.
Qeyd edək ki, "Real"da 15 ildən çox oynayan Marselo paytaxt klubunda 544 matça çıxaraq 37 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb. 5 dəfə Çempionlar Liqasının qalibi olan arxa xətt oyunçusu İspaniya nəhənginin forması ilə ümumilikdə 25 mükafat qazanıb.
Nihat