"Olimpik Lion" müdafiəçisi Marselo ilə yolları ayıracaq.
Fanat.Az GFFN-ə istinadən xəbər verir ki, səbəb braziliyalı futbolçunun Liqa 1 çərçivəsində "Anje"dən alınan 0:3 hesablı məğlubiyyətdən sonra paltardəyişmə otağındakı davranışıdır.
Belə ki, cənubi amerikalı oyunçu kapitan Leo Dübua komanda yoldaşlarına iradlarını bildirərkən ona gülüb və atmacalar atıb.
Mənbə bu ilin martında "Lion"la olan müqaviləsinin müddətini 2 illik uzadan Marselonun bu həftə qovulacağını vurğulayıb.
Nihat