Mariya Stadnik: "Finaldakı görüş psixoloji baxımdan çətin idi"

Mariya Stadnik: "Finaldakı görüş psixoloji baxımdan çətin idi"
"Ən çətin görüşüm final oldu. Çünki rəqibimlə hər gün eyni zalda məşq edirik". 
Bu fikirləri "Minsk 2019" II Avropa Oyunlarında qızıl medal qazanan Mariya Stadnik "Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşına açıqlamasında deyib. 
50 kq çəki dərəcəsində qalib olan idmançı ukraynalı rəqibi Oksana Livaçı yaxşı tanıdığını deyib: "Demək olar ki, məşq etdiyimiz klubda rəfiqəyik. Bu baxımdan, onunla finaldakı görüş psixoloji baxımdan çətin idi".
Stadnik "Minsk 2019"un təşkilatçılığı barədə də xoş sözlər söyləyib: "Təşkilatçılıq əladır. Bütün təşkilatçılara minnətdaram. Atletlər Kəndində hər şey var. Eyni sözləri yarış zalları barədə də demək olar. Burada olduğumuz müddətdə heç bir insidentlə rastlaşmamışıq".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər