Maradonanın oğlu reanimasiyaya yerləşdirildi

Maradonanın oğlu reanimasiyaya yerləşdirildi
Dünən həyatla vidalaşan Dieqo Maradonanın oğlu kiçik Dieqo atasının ölümünü eşidəndən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Tankredi Palmeri özünün "Twitter" hesabından informasiya yayıb:
"Təəssüf ki, "sarı mətbuat" nümayəndələrindən biri reaksiyasını öyrənmək üçün ona zəng vurub və kiçik Dieqo atasını itirdiyini bilib".
Qeyd edək ki, əfsanəvi futbolçu noyabrın 25-də 60 yaşında ürəktutmasından ölüb. Onun oğlu koronavirusa yoluxduğundan bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər