Meksikanın "Dorados” klubuna baş məşqçi təyin edilən Dieqo Maradonanın maaşı açıqlanıb.
Fanat.Az xəbər verir ki, argentinalı əfsanə 11 ay ərzində 1 milyon 980 min dollar maaş alacaq. Bu isə aylıq təxminən 180 min dollar deməkdi.
Maradonanın müqaviləsindəki xüsusi bəndə əsasən, o, komandanı yüksək liqaya çıxara bilsə, sözləşməsi avtomatik yenilənəcək.
Fanat.Az