Manenin bir ayağı İngiltərə klubunda - SON DURUM

Manenin bir ayağı İngiltərə klubunda - SON DURUM

"Bayern Münhen"in hücumçusu Sadio Mane İngiltərəyə qayıtmağa yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Pedro Almeyda yayıb.

Xəbərə görə, Almaniya nəhəngi artıq "Çelsi" ilə apardığı danışıqları yekunlaşdırmaq üzrədir və xüsusi nəsə baş verməsə, seneqallı forvard bu yay "zadəganlar"a satılacaq.

Qeyd edək ki, Mane "Bayern"ə ötən yay "Liverpul"dan transfer olunub. "Mançester Siti"yə qarşı Çempionlar Liqası matçından sonra komanda yoldaşı Leroy Zanenin sifətinə zərbə endirən Sadio klub rəhbərliyinin qəzəbinə tuş gəlib. Onu cərimələyən "Bayern" bossları ardından satılmasına qərar veriblər.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər