Ötən gecə Afrika Millətlər Kubokunun final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, bu matç həm də "Liverpul" klubunun ulduzlarının qarşıdurması kimi qiymətləndirilib.
Belə ki, Sadio Manenin çıxış etdiyi Seneqal millisi Məhəmməd Salahın formasını geyindiyi Misir yığması ilə üz-üzə gəlib.
Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Oyunun taleyi penaltilər seriyasında həll olunub. Zərbələri dəqiq yerinə yetirən Seneqal seçməsi kubokun qalibi olub.
Penaltilər seriyasının videoicmalını təqdim edirik: