Mane ağlayan azarkeşə jest etdi - VİDEO

Mane ağlayan azarkeşə jest etdi - VİDEO

Ölkəsində məktəblərin, xəstəxanaların, kilsələrin, stadionların, məscidlərin təmiri üçün külli miqdarda vəsait ayırdığı üçün böyük hörmət qazanan seneqallı Sadio Mane hazırda Afrika Millətlər Liqasında çıxış edən millinin düşərgəsindədir.

Fanat.Az xəbər verir ki, ESPN "Liverpul"un hücumçusu ilə bağlı bir görüntü paylaşıb.     Mane Beninlə oyundan sonra seneqallı azarkeşlərlə görüşüb. Onlardan biri xüsusilə diqqət çəkib. Ulduz futbolçunu görən azarkeş ağlamağa başlayıb: "Sadio, mən səni çox sevirəm. Hətta səninlə görüşmək üçün kəndinizdən insanlarla əlaqə saxladım. Sadio, Allah sənə uzun ömür, can sağlığı versin".

 Mane onu dinlədikdən sonra telefon nömrəsini azarkeşə verib.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər