Mançini Balotelliyə şans vermək qərarına gəldi

Mançini Balotelliyə şans vermək qərarına gəldi

Türkiyənin "Adana Demirspor" klubunda çıxış edən Mario Balotelli İtaliya millisinə qayıda bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. 

Mənbə bildirir ki, "İnter" və "Mançester Siti"də Balotelliyə başçılıq etmiş İtaliya millisinin çalışdırıcısı Roberto Mançini 31 yaşlı hücumçunu yanvar toplanışına dəvət etməyi planlaşdırır.

Qeyd edək ki, Mario 2018-ci ilin sentyabrdan bu yana yığmaya dəvət almır. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər