"Mançester Yunayted" De Xeaya əvəzləyici tapdı

"Mançester Yunayted" De Xeaya əvəzləyici tapdı

"Mançester Yunayted" yayda yeni qapıçı almaq istəyir.

Fanat.Az xəbər verir ki, klub uzunmüddətli əsasda David De Xeanın yerinə gənc qapıçı ilə müqavilə imzalamaq niyyətindədir.

Məlumatı "Manchester Evening News" yayıb. 

Mənbənin məlumatına görə, “Mançester Yunayted”in hədəfi “Anderlext”in 20 yaşlı futbolçusu Bart Verbrüggendir.

Niderland millisinə ilk dəfə mart ayında çağırılan qolkiper 2020-ci ilin avqustundan “Anderlext”də çıxış edir. O, 31 oyunda 39 qol buraxıb. Verbrüggenin bazar dəyəri 5 milyon avrodur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər