Makqreqor yenidən boks rinqində: Oskar De La Hoya ilə döyüşə razılıq verdi

Makqreqor yenidən boks rinqində: Oskar De La Hoya ilə döyüşə razılıq verdi
UFC döyüşçüsü Konor Makqreqoru yenidən boks rinqində izləyəcəyik.
Fanat.Az xəbər verir ki, Makqreqor "Golden Boy Promotions" təşkilatının rəhbəri, əfsanəvi boksçu Oskar De La Hoyanın təklifini qəbul edib.
De La Hoya yaxın günlərdə irlandiyalı döyüşçüyə meydan oxumuşdu: "İki raund... Haydı, qardaş. Cəmi iki raunda ehtiyacım var. Sadəcə, mənim bir özəlliyim var: rinqə qarşımdakını öldürmək üçün çıxıram. Oktaqonda Konora heyranam. Ona hörmətlə yanaşıram. Konoru izləməyi həmişə sevmişəm. Amma boks rinqi tamamilə fərqli mövzudu".
Makqreqorun cavabı gecikməyib. O, tvitter hesabındakı paylaşımında qeyd edib: "Çağırışını qəbul edirəm, Oskar De La Hoya".
Amerikalı boksçu sonuncu döyüşünü 2008-ci ildə keçirib. Konorun yeganə professional boks təcrübəsi isə 2017-ci ilə təsadüf edir. O, Floyd Meyvezerə məğlub olmuşdu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər