Mahirli “Dinamo”dan xal itkisi

Mahirli “Dinamo”dan xal itkisi

Futbol üzrə Xorvatiya çempionatında 20-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Slaven Belupo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Emreli də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.

“Dinamo” 20 turdan sonra 46 xalla zirvədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər