Mahirlə Ürfandan "siftə"

Mahirlə Ürfandan "siftə"

Mahir Mədətov yığmada ilk qolunu vurub.

 

Fanat.Az-ın məlumatına görə, gənc hücumçu Qırğızıstanla yoldaşlıq oyununda "siftə edib”.

 

Matçın 75-ci dəqiqəsində rəqib qapıçısını məyus edən Mədətov hesabı 2:0-a çatdırıb. Bununla Mahir yığmamızda qol vuran 58-ci oyunçu qismində tarixə düşüb. "Qarabağ”ın hücumçusu əsas yığmada keçirdiyi 5-ci qarşılaşmada arzusuna çatıb.

 

Görüşün 84-cü dəqiqəsində hesabı darmadağın həddinə çatdıran Ürfan Abbasov isə millidə qol vuran 59-cu futbolçu olub. O da bunu 5-ci matçında bacarıb.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər