Mahir üçün Polşada kubok saatı

Mahir üçün Polşada kubok saatı

Çempionatda işləri yolunda getməyən "Legiya" diqqətini daha çox kuboka yönəldib ki, Varşava təmsilçisinin hələki püşkdə bəxti gətirir. 

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" 1/16 final mərhələsində 3-cü liqa təmsilçisi ilə qarşılaşacaq.

Varşavalılar, hazırda çıxış etdiyi liqada 6-cı yerdə qərarlaşan "Svit Skolvin"lə oktyabrın 28-də üz-üzə gələcək. Bir oyundan ibarət olacaq və 3-cü liqa təmsilçisinin meydanında baş tutacaq kubok oyunu Bakı vaxtı ilə 16:30-da baş tutacaq.

Qeyd edək ki, 1/32 finalda "Viqri"ni 3:1 hesabı ilə məğlub edən "Legiya"nın qollarından birini məhz Mahir Emreli vurmuşdu.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər