Mahir ötürdü, "Legiya" qazandı 

Mahir ötürdü, "Legiya" qazandı 

Polşa Ekstraklassasında 16-cı turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Legiya" da növbəti matçına çıxıb.

Varşava təmsilçisi öz meydanında "Yagelloniya"nı qəbul edib. Qarşılaşma "Legiya"nın minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Start "11-lik"də yer alan Mahir sonadək oynayıb. O, komandasının yeganə qolunun ötürməsini verib.

Bu qələbə sayəsində turnir cədvəlində 16-cı pilləyə qalxan paytaxt komandasının 12 xalı var.

Ekstraklassa 16-cı tur

"Legiya" - "Yagelloniya" 1:0 

Qol: Yunahsson, 45+2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər