Mahir Mədətovun atası: "Oğluma xarici klublardan təkliflər gəlib"

Mahir Mədətovun atası: "Oğluma xarici klublardan təkliflər gəlib"
Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Mədətovun atası Anar Mədətov oğlunun Avropa klublarından birinə transfer ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, o, "Lider TV"də yayımlanan "Bu bizik” verilişinə telefonla bağlantı zamanı xarici klubların oğluyla maraqlandığını deyib. O bildirib ki, hər şey 2018-ci ildə dəqiqləşəcək: "Müqavilə imzalansa, hamı biləcək ki, qış transfer dövründə Mahiri alıblar. Bəli, maraqlanırlar, amma bu hələlik sirr kimi qalır. Nə olacağını yeni ildən sonra biləcəyik. Əcnəbi məşqçilər gəldilər, maraqlandılar. Amma 2018-ci ilin birinci ayını gözləmək lazımdır”. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər