Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı yeni il öncəsi azyaşlı azarkeşlərini sevindirib.
Fanat.Az xəbər verir ki, klubun fanşopunda Varşava təmsilçisinin bir neçə oyunçusu ilə görüşən uşaqlar əyləncəli vaxt keçiriblər.
Onların arasında Emreli də olub. Azarkeşlərin suallarını cavablandıran Mahir onlara üzərində öz imzası olan top və forma hədiyyə edib.
Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlindən "Legiya"da çıxış edir.
W Legia FanStore na najmłodszych kibiców czeka Święty Mikołaj z prezentami ? Zapraszamy na Święta z Legią. O godzinie 18:00 obecni będą też piłkarze ➡️ //t.co/6DMQjsTMuR pic.twitter.com/bD1ocF6oGZ
— Legia Warszawa ? (@LegiaWarszawa) December 6, 2021