Mahir Emreli "Legiya"nın Avropa Liqasındakı son matçında "ən yaxşı oyunçu" üçün ayrılan titulu qazana bilməyib.
Fanat.Az-ın məlumatına görə, Varşava klubu hər oyundan sonra sponsoru "Plus500" tərəfindən ayrılan mükafatın qalibi üçün səsvermə keçirir.
Praqa təmsilçisi ilə oyun üçün dörd futbolçunun namizədliyi irəli sürülmüşdü: Maik Navroski, Mateuş Viteska, Andre Martins və Mahir Emreli. Azarkeşlər arasında aparılan sorğuda qalib adı uğrunda mübarizə daha çox Mahir Emreli və Maik Navroski arasında gedib. Nəticədə 2 faiz fərqlə gənc müdafiəçi "Plus500 titulu"na sahib çıxıb.
Qeyd edək ki, Navroski Praqadakı oyunda iki asistlə yadda qalmış, Emreli komandasının ilk qoluna imza atmışdı.
Mirağa