Madrid klubunun forvardı sıradan çıxdı

Madrid klubunun forvardı sıradan çıxdı
Madrid "Atletiko”sunun hücumçusu Dieqo Kosta ciddi xəsarət alıb.
 
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu La Liqanın 5-ci turunda "Selta” ilə matçda (2:0) əzələsindən zədələnib. Forvardın azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
 
Bu isə o deməkdi ki, Kosta Çempionlar Liqasının qrup mərhələsində "Bavariya”, "Zalsburq” və Moskva "Lokomotiv"i, La Liqada isə "Betis”, "Osasuna” və "Kadis”lə oyunları buraxacaq.
 
Kosta bu mövsüm La Liqada 4 oyuna çıxıb və 1 qolla yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər