"Real Madrid" son dövr sabitlik nümayiş etdirməyən Kərim Benzemaya əvəzləyici axtarışlarını sürətləndirib.
Fanat.Az xəbər verir ki, klub prezidenti Florentino Peres yayda hücumun mərkəzinə forvard alışına tapşırıq verib.
Bu barədə informasiyanı "Todofichajes" yayıb. Məlumata görə, transfer siyahısında PSJ-nin ulduzu Kilian Mbappenin adı ilk yerdə gəlsə də, "Kral klubu" fransız forvardın keçidini həll edə biləcəyinə tam inanmır. Bu səbəbdən ikinci variant kimi, "Tottenhem"in 29 yaşlı hücumçusu Harri Keynin transferi də gündəmdədir.
Qeyd edək ki, daha iki nəhəng - “Mançester Yunayted” və “Bayern Münhen” də Keyni öz sıralarında görmək istəyir. "Tottenhem" liderini 110 milyon avrodan aşağı qiymətə satmayacaq.
Mirağa