"Mançester Yunayted"in müdafiəçisi Viktor Lindelöf karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Lindelöfün transferində "Atletiko Madrid" maraqlıdır. Mənbə bir müddət öncə 28 yaşlı isveçli üçün MY rəsmiləri ilə danışıq aparan madridlilərin qarşı tərəflə ortaq məxrəcə gələ bilmədiyini vurğulayıb. "Qırmızı şeytanlar"ın bu futbolçu ilə vidalaşmağı planlaşdırmadığı, lakin "Atletiko" rəhbərliyinin daha cəlbedici təklif sayəsində istəyinə çatacağına inandığı diqqətə çatdırılıb.
Qeyd edək ki, 2017-ci ildən MY-də çıxış edən Lindelöf bu mövsüm klubunun forması ilə ümumilikdə 13 matça çıxıb, məhsular göstəricilərlə yadda qalmayıb.
Nihat