Madrid derbisində bir qərinə sonra ilk yaşandı

Madrid derbisində bir qərinə sonra ilk yaşandı

"Real Madrid" İspaniya Superkubokunun yarımfinalında "Atletiko Madrid"i əlavə vaxtda məğlub edib (5:3).

Fanat.Az "Opta Sport"-a istinadən xəbər verir ki, əsas vaxtı 3:3 bitən görüşdə qazanılan bu qələbə "Real"ın "Atletiko" üzərində sözügdən turnirdə əldə etdiyi ilk zəfər olub.

Həmçinin, "Real" 1963-cü ildən bəri ilk dəfə Madrid derbisində 3 qol buraxdığı görüşdə məğlub (4:3) edə bilib. 

Bundan başqa, Madrid derbisi 1990-cı ildən bəri ilk dəfə bu qədər məhsuldar olub. O zaman komandalar bir-birinə ən azı üç qol vurub. Çempionat matçına təsadüf edən görüş 3:3 hesabı ilə bitib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər