Ülviyyə uddu, Gövhər uduzdu

Ülviyyə uddu, Gövhər uduzdu

İtaliyada keçirilən şahmat üzrə "Vergani Cup" turnirində beşinci turun görüşləri baş tutub.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Ülviyyə Fətəliyeva belçikalı Yelle Sarrau ilə münasibətləri aydınlaşdırıb. Qara fiqurlarla oynayan 25 yaşlı şahmatçımız rəqibinə qalib gəlib. 

Digər təmsilçimiz Gövhər Beydullayeva isə hindistanlı Praneşlə dueldən məğlub ayrılıb.

Beləliklə, xalını 3,5-ə çatdıran Fətəliyeva turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb. 2,5 xal toplayan Beydullayeva isə 57-cidir. 

Qeyd edək ki, yarışa ümumilikdə 124 şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə yanvarın 9-da yekun vurulacaq.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər