"Real Madrid"in qapıçısı Andrey Lunin ona yeni müqavilə təklif edən "Kral klubu"nun prezidenti Florentino Peres ilə görüşüb.
Fanat.Az xəbər verir ki, məlumatı "Realmadridexclusivo" yayıb.
Xəbərə görə, ukraynalı qolkiper Peresə müddəti gələn ilin yayına qədər olan indiki anlaşmasının sonunadək komandada qalmaq, daha sonra azad agent qimində getmək istədiyini çatdırıb. Yazılanlara inansaq, Andrey İspaniya nəhənginin başqanına ehtiyatda qalmaq fikrində olmadığını və müntəzəm oynaya biləcəyi kluba keçməyi hədəflədiyini deyib.
Xatırladaq ki, Tibo Kurtua zədədən qayıdandan sonra Lunin bir qayda olaraq ehtiyatda qalır.
Nihat